şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Pele yenidən xəstəxanaya yerləşdirilib

30.11.2022 23:12 Oxundu 495
 
Futbol üzrə üçqat dünya çempionu Pelenin xəstəxanaya yerləşdirilməsinə səbəb dərman müalicəsinin tənzimlənməsi zərurəti olub. TASS xəbər verir ki, bu barədə çərşənbə günü futbolçunun qızı Kelli Nasimento sosial şəbəkələrdə məlumat verib.
"Atam xəstəxanaya yerləşdirilib, dərmanları yenidən tənzimlənir. Bu, sürpriz və ya fövqəladə bir şey deyil" deyə Kelli yazıb və bu yolla mətbuatda yayılan xəbərlərdən təşvişə düşənləri sakitləşdirmək istədiyini vurğulayıb. Mediada Pelenin plansız olaraq klinikaya çatdırılması ilə bağlı xəbər yayılıb.
Qızının sözlərinə görə, atasını Braziliyada olan ailə üzvləri ziyarət edir (Kelly Nascimento özü daimi olaraq ABŞ-da yaşayır) və o, yeni ilə yaxın onun yanına getməyi planlaşdırır.