şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Lionel Messi: "Düşünürəm ki, Dieqo mənə görə daha çox sevinərdi"

01.12.2022 16:07 Oxundu 474

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatında keçirilən oyunların sayına görə Dieqo Maradonanı ötdükdən sonra emosiyalarını bölüşüb.
"Bunu indicə öyrəndim, bilmirdim. Belə bir rekorda sahib olmaq çox xoşdur. Düşünürəm ki, Dieqo mənə görə daha çox sevinərdi, çünki o, mənə həmişə böyük sevgi ilə yanaşırdı. İşlərim yaxşı gedəndə o həmişə özünü xoşbəxt hiss edirdi”, -  “RMC Sport” Messidən sitat gətirir.