cümə, 26 aprel 2024

DÇ-2022

Lionel Skaloni: "Avstraliya ilə oyunun asan olacağını düşünənlər yanılır"

01.12.2022 16:39 Oxundu 512

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Polşa üzərində qazandıqları qələbəni (2:0) və komandasının DÇ-2022-nin 1/8 finalına çıxmasını şərh edib.
- Bu oyundan və əldə olunan nəticədən razı qaldıq. Belə müdafiə futbolu oynayan komandaya qarşı oynamaq asan deyildi. Dünya çempionatında asan matçlar yoxdur. Bizi Səudiyyə Ərəbistanı məğlub etdi - bunu heç kim gözləmirdi. Yaxşı oynayanda belə uduzmaq olar. Avstraliya ilə oyunun asan olacağını düşünənlər yanılır. Gəlin hadisələri qabaqlamağa çalışmayaq. Biz heç nəyə iddialı deyilik. Biz sadəcə sona qədər mübarizə aparacaq güclü komandayıq, - "Klarin" Skalonidən sitat gətirir.