şənbə, 20 aprel 2024

DÇ-2022

Xerardo Martino: "Meksika bu mundialda uğursuzluğa düçar oldu"

01.12.2022 16:55 Oxundu 585

Meksika yığmasının baş məşqçisi Xerardo Martino DÇ-2022-nin Səudiyyə Ərəbistanı ilə oyununa (2:1) yekun vurub.
- Bu mundialda uğursuzluğa düçar olduq. Polşa ilə oyunda malik olduğumuz üstünlüyü maddiləşdirə bilmədik. Argentina ilə isə cəmi bir hiss bərabər şəraitdə oynaya bildik. Səudiyyə Ərəbistanı ilə qarşılaşmada Meksika bütün oyun boyu üstün oldu. Polşa və Argentinanın nəticəsinə görə bizə 3-cü qol lazım idi. Çox istəyirdik ki, üçüncü qolu vuraq. Təəssüf ki, biz buna nail ola bilmədik, - “AS” Martinodan sitat gətirir.