cümə axşamı, 25 aprel 2024

DÇ-2022

Seneqalın baş məşqçisi: "İngilislərin üstünlüyünü etiraf etməliyik"

05.12.2022 13:20 Oxundu 502

Seneqal yığmasının baş məşqçisi Aliu Sisse DÇ-2022-nin 1/8 finalında İngiltərəyə 0:3 hesabı ilə uduzduqları matçı şərh edib.
- İlk 30 dəqiqə maraqlı keçdi. Amma şanslarımızı reallaşdıra bilmədik. İngiltərə çox yaxşı idi. Rəqibimiz təkbətək mübarizədə güclü, texniki cəhətdən də yaxşı idi. Biz bacardığımız hər şeyi göstərə bilmədik. İllərdir bura gəlmək üçün çalışırıq. İngiltərə isə FİFA reytinqində 5-ci yerdədir. Və bu fərq görünürdü. Mən futbolçularımla fəxr edirəm. Biz ingilislərin üstünlüyünü etiraf etməliyik. Onların ikinci qolu bizim üzərimizdə təzyiq yaratdı. Üçüncü top isə bizi tamamilə oyundan çıxardı. Komandamızın mentalitetini bəyənirəm. Biz təslim olmadıq və nə olursa-olsun irəliləməyə çalışdıq,- “L`Equipe” Sissedən sitat gətirir.