cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Erik ten Haq: "MY" bir hücumçu tapmalıdır, lakin seçim doğru olmalıdır”

27.12.2022 16:10 Oxundu 445

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq etiraf edib ki, "qırmızı şeytanlar" hücumçu Kriştianu Ronaldonun yerinə oyunçu tapmalıdır.
- Bəli, hücumçunu itirdiyimizi başa düşürük. Ona görə də düşünürəm ki, bir hücumçu tapmalıyıq, amma seçimimiz doğru olmalıdır. Düzgün oyunçu komandaya keyfiyyət gətirən oyunçudur, sadəcə heyətə əlavə olunmur, çünki bu, yalnız problemlər yaradır. Siz də bilirsiniz ki, “Mançester Yunayted”də kriteriyalar yüksəkdir”, - Ten Haqa “Sky Sports”a bildirib.