şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Aleksandr Qleb: "Arteta bir neçə il komanda qurdu, indi də bəhrəsini görür"

24.01.2023 14:14 Oxundu 393

London “Arsenalı”nın keçmiş yarımmüdafiəçisi Aleksandr Qleb "topçular"ın bu mövsüm çempionluq şansları haqda fikirlər səsləndirib.
- “Arsenal”ın çempionluğuna inanıram? İnanıram, niyə olmasın? Çox yaxşı oynayırlar və komandanın üzvləri bir-birinə uyğunlaşır və gözəl futbol nümayiş etdirirlər. Əsas odur ki, zədəlilər olmasın, əsas oyunçular sıradan çıxmasın. Aydındır ki, əvəzedici var, sığorta etməyə hazır olan uşaqlar var. Ancaq hər halda - qəza baş verməsin. Düşünürəm ki, onlar bu işi normal şəkildə sona, qələbəyə çatdıracaqlar. “Şəhərlilərin” hegemonluğundan bezdimmi? Niyə ki? Həmişə belə olub, gah “Mançester”, indi “Çelsi”. Bu normaldır, nəsil gedir, yeni nəsil gəlir, komanda dəyişir. Orda komanda güclü komanda yığılıb, yaxşı oynayan uşaqlar var. Rəhbərlik “Arsenal”ın baş məşqçisinə inanır,  Arteta bir neçə il orada komanda qurdu, indi də bəhrəsini görür. Başqa bir klubda, deyək ki, buna inanmaya bilərlər və məşqçini işdən çıxara bilərdilər. Burda isə əksinə, dözdülər. Məşqçi də əziyyət çəkdi, axtardı və istədiyini tapdı, - "VseProSport" Qlebdən sitat gətirir.