04.02.2023 18:36
                 555
  555
            
            
             555
  555
            
"Barselona"nın baş məşqçisi Xavi digər klubların hücumçu Ansu Fati ilə maraqlanmasından danışıb.
"Fati heyrətamiz bir xarakterə sahibdir və o, klub üçün dəyərli oyunçudur. Səbirli olmalıyıq, ona vaxt lazımdır, indi onu satmaq barədə danışmaq üçün doğru zaman deyil", - “Mundo Deportivo” Xavinin sözlərini sitat gətirir.
Xatırladaq ki, daha əvvəl futbolçu ilə "Bavariya", "Arsenal", "Tottenhem" və "Mançester Siti"nin maraqlandığı bildirilirdi.
 
                 
                 
                 
                 
     
     
     
     
    