04.02.2023 18:52
                 583
  583
            
            
             583
  583
            
"Bavariya"nın icraçı direktoru Oliver Kan komandanın qapıçısı Manuel Noyeri Toni Tapaloviçin qapıçılar üzrə məşqçi postundan qovulması ilə bağlı söylədiyi fikirlərə görə tənqid edib.
"Manuelin Tapaloviçin qovulması ilə bağlı dedikləri kapitan kimi ona yaraşmır və "Bavariya"nın dəyərlərinə uyğun gəlmir! Bundan əlavə, onun açıqlamaları lazımi anda səslənmir, çünki qarşıda bizi çox vacib matçlar gözləyir”, - “Suddeutsche Zeitung” Kandan sitat gətirir.
 
                 
                 
                 
                 
     
     
     
     
    