cümə, 17 may 2024

DÜNYA FUTBOLU

"Real Madrid" Mbappe ilə bağlı danışıqları dayandırıb

10.07.2023 13:12 Oxundu 321
 
"Real Madrid" hücumçu Kilian Mbappenin transferi ilə bağlı danışıqları dayandırıb. "Marka"nın məlumatına görə, Madrid klubu futbolçu və PSJ rəhbərliyi ilə əlaqəni kəsib. “Real” Mbappe üçün tələb olunan məbləği ödəməyə hazır deyil. "Kral klubu" Kilianın PSJ ilə müqaviləni uzadacağını istisna etmir.
PSJ-nin keçmiş idman direktoru Leonardo  isə tamam başqa fikirdədər. O hesab edir ki, parislilər hücumçu Kilian Mbappeni satmalıdırlar.
- Nə olursa olsun, Mbappenin getməsinin vaxtı çatıb. PSJ Kilian Mbappedən əvvəl də var idi və ondan sonra da olacaq. Mbappe son iki ildəki davranışı ilə sübut edir ki, o, hələ ki, həqiqətən komandanı arxasınca apara biləcək oyunçu deyil. O, böyük oyunçudur, amma lider deyil. O, əla qolçudur, amma yaradıcı insan deyil. Onun ətrafında komanda qurmaq çətindir”, - deyə L`Equipe Leonardonun sözlərindən sitat gətirir.