10.07.2023 16:02
                 543
  543
            
            
             543
  543
            
Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın "Ararat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunun  iştirakçıları siyahısına salınıb.
Yarımmüdafiəçimiz Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib: "Menecer dedi ki, biletin alınıb, gedirsən". Futbolçunun təhlükəsizliyi üçün təminat alınıb-alınmadığı barədə məliumat verilmir.
Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk matçını iyulun 13-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra evdə keçirəcək.
 
                 
                 
                 
                 
     
     
     
     
    