10.07.2023 16:26
                 526
  526
            
            
             526
  526
            
“Qəbələ” 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır. “Qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək. Komanda Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq. İlk iki qarşılaşmada komandamız Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.
Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.
 
                 
                 
                 
                 
     
     
     
     
    