bazar, 12 may 2024

BİZİM FUTBOL

“Sabah” “Bakupan”la anlaşdı

10.07.2023 16:35 Oxundu 304

“Sabah” FK və “Bakupan” şirkəti arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Sabah”ın icraçı direktoru Ramin Həsənov və “Bakupan”ın direktoru Şahruz Həsənzadə imzalayıblar.
Anlaşmaya əsasən, şirkət qarşıdakı 1 il ərzində hazırda yenidənqurma işləri həyata keçirilən “Bank Respublika Arena”da “fan shop” və müxtəlif əmtəə satış məntəqələrinin qurulmasını təmin edəcək. Qeyd edək ki, öz sahəsinin qabaqcıl şirkətlərindən olan “Bakupan” 10 ildən çoxdur ki, sendviç panellərin istehsalı, dam örtükləri, prefabrik tikililər, konteynerlər, asma tavanlar və izolyasiya sistemlərinin satışı ilə məşğuldur.