bazar, 12 may 2024

BİZİM FUTBOL

“Qarabağ” qələbə ilə başladı

11.07.2023 22:19 Oxundu 287


“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə ilk oyununa çıxıb. “Köhlən atlar” 1-ci təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə “Linkoln”un qonağı olub. “Viktoriya” stadionunda keçirilən oyunda Azərbaycan çempionu əzmkar qələbəyə sevinib -2:1.

Birinci hissə rəqibin 1:0 hesablaı üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində Cica və Benzianın vurduqları qollar sayəsində komandamız cavab görüşünə sərfəli hesabla çıxmaq imkanı əldə edib.

Bu komandalar arasında cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.