şənbə, 11 may 2024

BİZİM FUTBOL

“Sabah” “Sankt-Pauli” ilə qarşılaşacaq

12.07.2023 17:09 Oxundu 311

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib. Komandamız Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli”ylə qarşılaşacaq. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Al-Sadd” klubuna qarşı keçirib (3:1).