bazar, 12 may 2024

DÜNYA FUTBOLU

"Qalatasaray" yeni transferini açıqlayıb

12.07.2023 17:43 Oxundu 356


Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

İstanbul təmsilçisinin rəsmi tviter hesabı xəbər verir ki, klub Almaniya “Leyptsiq"dən Xose Anxel Esmoris Tasende (Anxelinyo) transfer edilib.

"Sarı-qırmızılar" 26 yaşlı cinah müdafiəçisinin keçidi üçün Bundesliqa təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

Bundan əlavə, "Qalatasaray" ispaniyalı oyunçunun videosunu paylaşaraq onun Türkiyəyə yollandığını diqqətə çatdırıb.

Qeyd edək ki, Anxelinyo 2020-ci ildə “Leyptsiq"ə keçib.