şənbə, 11 may 2024

DÜNYA FUTBOLU

Lukas Podolski: “Harri Keyn “Bavariya” üçün mükəmməl oyunçudur”

17.07.2023 14:02 Oxundu 298
 
"Bavariya"nın sabiq hücumçusu Lukas Podolski "Tottenhem"in hücumçusu Harri Keynin Münhen klubuna mümkün transferinə münasibət bildirib.
- “Bavariya” Keyn transferini tamamlaya bilərmi? Məncə bəli. Uli Heness belə bir açıqlama verirsə, mütləq bunun arxasında nəsə var. Harri Keyn onlara həqiqətən kömək edə biləcək yeganə hücumçudur. O, uyğun yaşdadır, klassik doqquz nömrədir və qollar vurur – “Bavariya” üçün mükəmməl oyunçudur”, –Podolski bildirib.