şənbə, 11 may 2024

DÜNYA FUTBOLU

Arsen Venger: "Arsenal”ın çempion olacağına inanıram"

17.07.2023 18:13 Oxundu 394
 
"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger londonluların transfer kampaniyasını yüksək qiymətləndirib.
-Düşünürəm ki, Rays, yaxşı investisiyadır. Ümumiyyətlə, mənə elə gəlir ki, klub yaxşı alış-veriş etdi, artıq 23-24 yaşlı yetkin futbolçular gəlibi, hələ gəncdirlər, bir neçə il komandada qala bilərlər. Ötən mövsümdən sonra komanda daha çox təzyiq altında olacaq, lakin onlar çox şey öyrəniblər və bu təzyiqin öhdəsindən gəlməyə qadir olduqlarını göstərə bilərlər. Mən dövrümdə pul yox idi, başqa yol axtarmalı oldum. İndi "Arsenal" yaxşı maliyyə vəziyyətindədir və mənim fikrincə, çempionluğu qazanmağa kömək edəcək futbolçular əldə edib. İnanıram ki, çempion olacağıq, hər şey sadədir, - “Daily Mail” Vengerdən sitat gətirir.