şənbə, 11 may 2024

DÜNYA FUTBOLU

Rayan Giqqz bəraət alıb

18.07.2023 15:37 Oxundu 305

“Cempion.az”ın BBC-yə istinadla verdiyi xəbərə görə, sevgilisini və onun bacısını döyməkdə ittiham olunan “Mançester Yunayted”in və Uels yığmasının keçmiş futbolçusu Rayan Qiqqz bəraət qazanıb.
İyulun 31-nə təyin edilmiş iş üzrə yenidən məhkəmə prosesi baş tutmayacaq. Məhkəmə Giqqsin bütün ittihamlar üzrə günahsız olduğunu müəyyən edib.
Polis Giqqgsi 2021-ci ilin aprelində zorakı hərəkətlər və bədən xəsarəti yetirən hücumda ittiham etmişdi. Giqqsin sevgilisi Keyt Qrevilə, eləcə də onun bacısı Emma Qrevilə hücuma etdiyi iddia edililrdi. Hadisədən sonra Giqqz polis tərəfindən saxlanılsa da, bir gün sonra zaminə buraxılmışdı.
Bu hadisəyə görə, Uels Futbol Federasiyası Giqqizin milli komandanı idarə etməsini müvəqqəti dayandıracağını açıqlamışdı.