şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Kamran Quliyev: “Səmərəli əməkdaşlıq edəcəyimizə heç bir şübhə olmamalıdır”

20.07.2023 17:31 Oxundu 328
 
Payızda Rusiya klubları ilə yoldaşlıq görüşlərinin keçirilməsi barədə danışmaq tezdir, lakin Azərbaycanın “Neftçi” klubu onlarla əməkdaşlıq edəcək. Bu barədə TASS-a “Neftçi”nin prezidenti Kamran Quliyev məlumat verib.
“Neftçi” Sankt-Peterburqda keçirilən mövsümöncəsi turnirdə iştirak edərək bir xal belə qazanmadan sonuncu, dördüncü yeri tutub. Bu turnirdə Azərbaycan komandası Sankt-Peterburqun “Zenit” (1:3), Türkiyənin “Fənərbaxça” (0:1), Serbiyanın “Crvena Zvezda” (0:4) klubları ilə yoldaşlıq oyunları keçirib. İyulun 18-də Moskvada 0:2 hesabı ilə paytaxt “Spartak”ına uduzub.
"Payızda Rusiya klubları ilə yoldaşlıq oyunu keçirmək olarmı? İndi heç nə deyə bilmərəm, bilirsiniz, Rusiyaya gəlmək formatı bizim üçün göznəlməz oldu", - Quliyev deyib. Avstriyaya getməli idik, qəfil belə bir təklif gəldi. Bilirsiniz, indi elə vaxt gəlibi ki, hər şeyi çox tez təşkil etmək olur. Payızda nələr olacağını indidən deyə bilmərəm. "Amma bizim səmərəli əməkdaşlıq edəcəyimiz və ya heç olmasa oyun keçirməyə çalışacağımız barədə düşünürəm ki, heç bir şübhə olmamalıdır", - Quliyev əlavə edib.