bazar, 28 aprel 2024

DÜNYA FUTBOLU

Buskets: " Messinin "İnter Mayami"yə keçidi mənim üçün katalizator oldu"

21.07.2023 15:24 Oxundu 301
 
"İnter Mayami"nin yarımmüdafiəçisi Serxio Buskets hücumçu Lionel Messi ilə MLS klubunda yollarının yenidən kəsişməsindən danışıb.
- Leo ilə yenidən bir yerdə olmaqdan və yenidən komanda yoldaşı kimi ondan həzz almaqdan çox xoşbəxtəm. Biz uzun illər “Barselona”da birlikdə olduq və hər şey əla idi. Yollarımızı ayırdıq və indi yenidən bir araya gəlmək və böyük ehtirasla oyundan həzz almaq şansımız var. Messinin keçidindən əvvəl “İnter Mayami” ilə danışıqlar aparmışdım, amma ikimiz də seçimlərimizin olduğunu bilirdik. Ola bilsin ki, Leo “Barselona” variantına görə bir qədər tərəddüd edib, amma sonda hər kəs öz seçimini etdi. Etiraf edirəm ki, onun bura gəlişi mənim üçün katalizator oldu, - “Marka” Busketsdən sitat gətirir.