çərşənbə axşamı, 07 may 2024

BİZİM FUTBOL

“Qarabağ”ın oyununda israilli hakimlər

03.08.2023 15:59 Oxundu 300

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya klubu HIK-ə qarşı keçirəcəyi oyunların vaxtı və hakimləri açıqlanıb.
UEFA-nın rəsmi saytının verdiyi məlumata görə, ilk oyun avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.
Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Roi Reinsreyber,  köməkçi hakimlər David Elias Biton və Saqi Metzamber olacaq. Erez Papir dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Avqustun 17-da Helsinkiinini “Bolt Arena” stadionunda keçiriləcək cavab matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb. Villi Delajod baş, Ervan Finyean və Filipp Jann köməkçi hakim kimi iş başında olacaqlar. Tomas Leonard dördüncü hakim təyin olunub. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.