bazar ertəsi, 06 may 2024

BİZİM FUTBOL

“Neftçi”nin rəqibi “Beşiktaş” oldu

04.08.2023 12:17 Oxundu 314

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində doğma meydanda “Zeljeznicar”ı 2:0 hesabı ilə məğlub edən “Neftçi”nin 3-cü təsnifat mərhələsindəki rəqibi Türkiyə klubu “Beşiktaş” olub.
Cempion.az xəbər verir ki, “Beşiktaş” 2-ci təsnifat mərhələsində Albaniyanın “KF Tirana” komandasını hər iki qarşılaşmada məğlub edərək mübarizədən kənarlaşdırıb.
“Beşiktaş”la “Neftçi” arasında ilk matç avqustun 10-da İstanbulda, cavab matçı isə avqustun 17-də Bakıda baş tutacaq.