bazar ertəsi, 06 may 2024

DÜNYA FUTBOLU

Karlo Ançelotti: "Müdafiədə problemlərimiz var"

04.08.2023 12:50 Oxundu 463
 
"Real"ın baş məşqçisi Karlo Ançelotti madridlilərin yoxlama matçlarındakı nəticələrini şərh edib.
- Komandaya 10 xallıq şkaladan 6 verərdim. Müdafiədə problemlərimiz var. Hücum məni narahat etmir - biz çox qol vəziyyətləri yaratdıq. Düşünürəm ki, dörd matçın hamısında oyunun gedişinə nəzarət etdik. Düzəltdlməsi lazım olan problemlər var, amma bu, kollektiv problemdir. Rəqib təzyiqi artıranda çox qol buraxırıq. Burada çətinlik çəkdik. Müdafiə tərəfini düzəltmək asandır - məsələn, xətti dəyişmək olar, “Marka” Ançelottidən sitat gətirir.