bazar ertəsi, 06 may 2024

BİZİM FUTBOL

Musa Qurbanlı Avrokubokla vidalaşdı

04.08.2023 12:55 Oxundu 342


Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveçin "Yurqorden" komandası UEFA Konfrans Liqası ilə vidalaşıb.

II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Lütsern"in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib. Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) qonaqlar iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.

Oyuna ehtiyatda başlayan Qurbanlı 38-ci dəqiqədə Oskar Falleniusun əvəzinə meydana daxil olub. 21 yaşlı forvardın oyunu 6.6 balla qiymətləndirilib.