cümə axşamı, 02 may 2024

BİZİM FUTBOL

“Araz-Naxçıvan” ÇL-ə qələbə ilə başladı

23.08.2023 16:56 Oxundu 390


“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda darmadağınla qalib gəlib.

Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi birinci görüşündə Türkiyə komandası “İstanbul Şişli”ni 9:1 hesabı ilə üstələyib.

UEFA Çempionlar Liqası, İlkin seçmə mərhələ, A qrupu, I tur
 

23 avqust
“Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə) – 9:1
Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavlyeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 - Sadettin Çamcı, 39:10
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Salaspils. Salaspils İdman Arenası.

 “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a qarşı keçirəcək.