bazar, 21 aprel 2024

DÜNYA FUTBOLU

Avropa Liqası, qrup mərhələsinin püşkatması - NƏTİCƏLƏR

01.09.2023 15:42 Oxundu 403
 
Bu gün Monakodakı Qrimaldi Forumunda UEFA Avropa Liqasının 2023/24 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Qrup mərhələsinin oyunları sentyabrın 21-dən dekabrın 14-dək keçiriləcək.
 

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).


B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).


C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).


D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).


E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).


F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).


G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).


H qrupu: “Bayer 04” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Hakken” (İsveç).

Qrup qalibləri 1/8 finalda çıxış edəcək. Qruplarda ikinci yeri tutan komandalar Avropa Liqasının 1/8 finalında oynamaq hüququ üçün Çempionlar Liqasının qruplarında üçüncü yeri tutan komandalarla pley-off oynayacaqlar • Qruplarda üçüncü yeri tutan komandalar Konfrans Liqasının 1/8 finalında oynamaq hüququ qazanmaq üçün həmin liqanın qruplarında ikinci yeri tutan komandalara qarşı  pley-off oynayacaqlar.