cümə, 03 may 2024

BİZİM FUTBOL

Cianni De Biazi: "Fiziki cəhətdən güclü rəqibə qarşı yaxşı oyun nümayiş etdirdik"

14.10.2023 11:56 Oxundu 355
 
Azərbaycan millisinin baş məşqçisi Canni De Biazi AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda Tallinndə Estoniya yığması üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
"Yaxşı oyun nümayiş etdirdik. Fiziki cəhətdən güclü rəqibə qarşı çıxış etdik. Qarşılaşma zamanı sarı vərəqə alan üç futbolçunu - Mahir Əmrəli, Rahil Məmmədov və Emin Mahmudovu əvəzlədik. Üç gündən sonra bizi çətin oyun gözləyir. Uşaqlarımız yorulub. Məsələn, Rahil öz klubunda çox oynamır. İstəyirəm ki, futbolçular növbəti oyuna hazır olsunlar".
 İtaliyalı mütəxəssis qələbədən sonra jurnalistlər arasında böyük sevincin olmamasından narazı qalıb. De Biazi media jurnalistin “uzun müddətdir ki, belə zəif rəqibə qarşı oynamamasI ilə bağlı sualını belə cavablandırıb: “Biz niyə qələbəyə sevinməyi bilmirik, bunu dəyərləndirməliyik. Siz səhv suallar verirsiniz”. Cavabında mıçqçi bu sözləri eşitməli olub: “Onda gəlin siz jurnalist olun, “doğru” sualları veririn”.