şənbə, 04 may 2024

DÜNYA FUTBOLU

Sebastian Frey: "Qapıçıların 70%-i Jiru kimi risk etməzdi"   

21.10.2023 17:09 Oxundu 330

“Fiorentina”nın və Fransa yığmasının sabiq qapıçısı Sebastyan Frey “Genoa” ilə matçda qapıda dayanan və matçın son dəqiqələrində seyv edən “Milan”ın hücumçusu Olivye Jiruya təriflər yağdırıb.
“Cempion.az” xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat verib.  
"Jiru "Genoa" ilə oyunda əla iş gördü. Mən ona seyvinin fotosunu göndərdim, o, sevindi və təbriklərə görə təşəkkür etdi. Keçmiş qapıçı kimi düşünürəm ki, qapıçıların 70%-i Jiru'nun etdiyi riski etməzdi. Çoxları bu epizodda qapıdan çıxmaqla rəqiblə toqquşa biləcəklərini düşünüb bu addımı atmazdı. Jiru düşünmədən irəli çıxdı və epizodun gözəlliyi də bundadır. O mənə rəqibin artıq necə gəldiyini, Kalabriyanı necə arxada qoyduğunu gördüyünü və buna görə də, irəli çıxdığını söylədi”, - deyə nəşr Freydən sitat gətirib.