şənbə, 04 may 2024

DÜNYA FUTBOLU

Canni İnfantino: “Bu, ədalətin tam qələbəsidir”

26.10.2023 15:39 Oxundu 410

“Mənə qarşı qaldırılmış məhkəmə icraatına xitam verilməsi ədalətin qələbəsidir”.
"Cempion.az" xəbər verir ki, bu sözləri FİFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlama verərkən deyib.
"Bu, mənim üçün və FİFA üçün ədalətin tam qələbəsidir. İndi məlum olur ki, mənə qarşı irəli sürülən ittihamlar sadəcə olaraq, yazıq, paxıl və korrupsionerlərin mənim reputasiyama xələl gətirmək cəhdləridir. Əgər bu insanların ləyaqəti qalıbsa, onlar üzr istəməlidirlər. Həqiqətən də, istintaq təsdiq edir ki, mən həmişə qanuni hərəkət etmişəm, FİFA və futbolun müstəsna maraqlarını müdafiə etmişəm”, – FİFA-nın mətbuat xidməti İnfantinonun sözlərindən sitat gətirir.