çərşənbə axşamı, 30 aprel 2024

BİZİM FUTBOL

Rövşən Nəcəf AFFA-nın prezidenti oldu

02.04.2024 14:00 Oxundu 358

Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib. Konfransda AFFA-ın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçilib.
Toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin baş katibi Çingiz Hüseynzadə, AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəhbəri Xalid Cavadov,  UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı,  FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov çıxış ediblər.
Sonra seçki keçirilib. Alternativsiz namizəd olan ARDNŞ-nin prezidenti Rövşən Nəcəf AFFA-nın növbəti prezidenti seçilib. Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olub.