31.01.2025 21:32
458


Yanvarın 31-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 2024/25 mövsümünün pley-off oyunlarının püşkatma mərasimi keçirilib. Bu mərhələnin oyunları iki həftə ərzində baş tutacaq. İlk oyunlar 2025-ci il fevralın 13-də, cavab görüşləri isə 2025-ci il fevralın 20-də keçiriləcək.
Cütlər aşağıdakı kimi müəyyənləşib:
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya)
“Porto” (Portuqaliya) – “Roma” (İtaliya)
“AZ Alkmaar” (Hollandiya) – “Qalatasaray” (Türkiyə)
“Midtyulland” (Danimarka) – “Real” (Sosyedad, İspaniya)
“Yunion” (Belçika) – “Ayaks” (Hollandiya)
PAOK (Yunanıstan) - FKSB (Rumıniya)
“Tvente” (Hollandiya) – “Bude-Qlimt” (Norveç)
“Fənərbaxça” (Türkiyə) – “Anderlext” (Belçika)