11.07.2025 14:46
161


"Barselona"nın vingeri Lamin Yamal hazırda "İnter Mayami"də çıxış edən klub əfsanəsi Lionel Messinin onun üçün nə demək olduğu sualını cavablandırıb.
"Mundo Deportivo" Yamalın sözlərini sitat gətirir: "Mənim üçün Messi tarixin ən yaxşı oyunçusudur. Onun meydanda etdiyi hər şey, oyunda hər şey məni valeh edir. Onun etdikləri, həqiqətən də, inanılmazdır".