cümə, 11 iyul 2025

DÜNYA FUTBOLU

Maksim Mitrofanov: "Aralıq addım kimi neytral meydançalarda oynaya bilərik"

11.07.2025 15:08 Oxundu 161

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Rusiya millisinin oyunlarının neytral meydançalarda keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
- Biz Rusiyanı öz meydanında neytral kimi qəbul etməyə hazır olan klubları və ölkələri yavaş-yavaş toplayırıq. Rusiya belə meydanlarda oynamağa hazırdırmı?
- Yəqin ki, rəsmi yarışlara qayıtmaq üçün hansısa aralıq addım kimi belə variantları nəzərdən keçirmək məqsədəuyğundur. Təbii ki, ev oyunlarımızı Rusiyada keçirmək istəyirik. Səfər oyunlarını isə reqlamentin tələblər çərçivəsində təmin edilməklə oynamalı olduğumuz ölkələrdə keçirməyə hazırıq. Sualınızda əslində həmkarlarımızla müzakirə etdiyimiz çox vacib bir mövzuya diqqət çəkdiniz. Təkcə federasiya deyil, həm də bütün futbol qurumları ilə işləmək çox vacibdir, - "Sport-Ekspress" Mitrofanovun sözlərini sitat gətirir.