çərşənbə, 05 noyabr 2025

BİZİM FUTBOL

Möhtəşəm futbol günü

05.11.2025 09:21 Oxundu 209

Bu gün Azərbaycan futbolu üçün möhtəşəm gündür. Azərbaycan futbolunu və Qarabağ adını təkbaşına öz çiyinlərində Avropa turnirlərində və ən əsası da qitənin nömrəli klub turnirində daşıyan "Qarabağ" komandası bu gün dünyanın ən adlı-sanlı komandalarından biri olan İngiltərənin “Çelsi” komandasını qəbul edir. Hər iki komanda 3 oyundan sonra 6 xala malikdir. Çelsi bu günki oyunun açıq-aşkar favoriti olsa da, biz “Qarabağ”ımıza çox güvənirik. Bu gün qazanacağımız 1 xal qələbəyə bərabər bir xal olar. Ürəyimiz, ruhumuz “Qarabağ”la olacaq. Bu gün saat 21:45-də başlayacaq bu tarixi oyun Tofiq Bəhramov stadionunda baş tutacaq. İmkanı olan hər kəsi stadiona dəvət edirik. İmkanı və macalı olmayanlara isə deyirik: oyun CBC Sport'da canlı yayımlanacaq.
Rövşən ASLANLI